Qusarda dislokasiya olunmuş Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitterdə məlumat verib.

“Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə təşkilati və təlim-məşq fəaliyyəti başa çatan və Qusar şəhərində dislokasiya olunmuş Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib”, – məlumatda qeyd olunub.



İstinadlar Qafqazinfo