
“Türkiyə olaraq hər zaman dediyimiz kimi azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bütün imkanlarımızla yanındayıq”.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən hücum və təxribatlarının qarşısını almaq məqsədilə Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son hadisələri yaxından izləyirik. Bu, Azərbaycan Silahlı Qüvvələrinin öz antiterror tədbirləridir. Qarabağ Azərbaycan torpağıdır, hər hansı status qəbuledilməzdir”, – deyə məlumatda qeyd olunub.