Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcək.
Bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
“Qardaş, dost və müttəfiq ölkələrin, o cümlədən Azərbaycan, Liviya, Bosniya və Herseqovina, Qətərin ədalətli mübarizəsinə dəstək verəcəyik”, – o bildirib.