
“Qış təlimi-2021″ə hazırlığımız davam edir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, təlimdə iştirak edəcək zirehli nəqliyyat vasitələri, tanklar əraziyə gətirilib.
Qeyd edək ki, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi-2021″də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.