Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində adı “qara siyahı”da olan terrorçu PKK-nın tanınmış silahlılarından Ulaş Doğanı zərərsizləşdirib.

Ulaş Doğanın adı qırmızı bülletenlə axtarılanların siyahısında olub.

Məlumata görə, o, İraqın şimalında türklərə qarşı sensasiyalı hücum etməyi planlaşdırırmış. Doğan son vaxtlar İraqın şimalındakı şəhərlərdə mülki əhalini Türkiyəyə qarşı fəaliyyət göstərməyə cəlb edirmiş. O, terror hücumları etmək məqsədilə İraqın şimalındakı Türkiyə vətəndaşları barədə məlumat toplayırmış.

İstinadlar Report