İstanbul prokurorluğu İstanbul aeroportunda baş verən partlayışla bağlı 17 nəfər, o cümlədən 11 Rusiya vətəndaşına ittiham aktı elan edib
Terrorda əli olan qalan 6 nəfər Türkiyə vətəndaşıdır.

Bundan bir neçə saat öncə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşlarını ittiham etmişdi.

İyunun 28-də İstanbul aeroportunda törədilən terror aktı zamanı 44 nəfər, o cümlədən 19 əcnəbi həlak olmuşdu.