Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində “Pəncə-3” əməliyyatına başlayıb.

Türkiyənin Müdafiə Nazirliyi əməliyyata dünən start verdiklərini açıqlayıb.

“”Pəncə-3″ əməliyyatına 23 avqustda başlanılıb. Əməliyyat sərhəd təhlükəsizliyini daha irəlidən təşkil etmək, Sinat-Hafta bölgəsində mövcud olan terrorçuları və istifadə etdikləri mağara, sığınacaqları zərərsizləşdirmək məqsədilə həyata keçirilir. Əməliyyata hava və yerüstü texnikalar dəstək verir”, – deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

İstinadlar Report