Türkiyə ordusunun İraqla sərhədində davam edən hərbi əməliyyatları zamanı 2 türk əsgəri şəhid olub, 7 hərbçi yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, bölgədəki hərbi əməliyyatlar davam etdirilir. Terrorçuların mövqeləri qurudan və havadan intensiv atəşə məruz qalır.

İstinadlar Report