Türkiyə ilə Pakistan arasında Türkiyə Maarif Vəqfinin statusu və fəaliyyəti ilə bağlı anlaşma memorandumu imzalanıb.

Sənədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Pakistanın təhsil naziri Şevket Mahmud qol çəkib.

Memoranduma əsasən, Türkiyənin Maarif Vəqfi Pakistanda beynəlxalq QHT kimi tanınacaq. Onun Pakistandakı sərmayəsi və əmlakı qorunma altına alınacaq. Hazırda qurumun bu ölkədə 9 tələbə yataqxanası və 1 800-də çox əməkdaşı fəaliyyət göstərir. Vəqf Pakistanın paytaxtı İslamabad daxil olmaqla 10 şəhərdə, 27 kampusda 12 mindən çox şagirdə təhsil verir.

Bildirilib ki, nazirlər İslamabadda Pakistan Xarici İşlər Nazirliyinin binasında bir araya gəliblər. Onlar ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Pakistanın xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi Kəşmir məsələsində Türkiyənin tutduğu mövqeyə görə təşəkkürünü bildirib.

Görüşlər Türkiyə-Pakistan Strateji İqtisadi Əməkdaşlıq çərçivəsində keçirilib.

İstinadlar Report