ABŞ-ın Suriya xüsusi elçisi Ceyms Cefri Türkiyədə səfərdədir.

Amerikalı diplomat ilk öncə milli müdafiə nazirinin müavini Yunus İmrə Qaraosmanoğlu ilə iki ölkə arasında oktyabrın 17-də Suriyaya dair imzalanmış sazişin yerinə yetirilməsi məsələsini müzakirə edib.

Daha sonra milli müdafiə naziri Hülusi Akarla ABŞ-ın Türkiyədəki səfiri David Satterfildin iştirakı ilə keçirilən danışıqlar zamanı, habelə xarici işlər nazirinin müavini Sədat önal ilə geniş tərkibdəki danışıqlar əsnasında PKK-YPG kürd təşkilatlarına məxsus silahlı dəstələrin təhlükəsizlik bölgədən çıxmasına dair Türkiyə-ABŞ razılaşması müzakirə mövzusu olub. Belə ki, razılaşmanın şərtlərinə zidd olaraq PKK-YPG-nin “Barış bulağı” bölgəsidən çəkilməyərək hərbi əməliyyatlarına davam etmələri diqqətə çatdırılıb.

İstinadlar Report