İstanbul zəlzələsindən sonra binaların strukturlarının zədələnməsi ilə bağlı qaynar xəttə 378 bildiriş gəlib.
Bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Onun sözlərinə görə, 12 binanın sakini təhlükəsizlik məqsədilə təxliyə edilib: “Binalara ziyan dəyməsi ilə bağlı 378 bildiriş daxil olub. Dərhal yoxlamalar apardıq. Ehtiyat tədbiri olaraq Fatih rayonunda biri tərk edilmiş bina olmaqla 12 binanı təxliyə etdik”.