Türkiyə hökuməti martın 13-də Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı terrorla bağlı fövqəladə müşavirə keçirib. Baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə keçirilmiş müşavirədə ordu generalları, hökumət üzvləri və təhlükəsizlik orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında törədilən terror aktı nəticəsində 32 nəfər həlak olub, çoxlu sayda yaralı var.