Hindistanla gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Pakistana doğru hərəkət edərkən görüntülənib.

Bu barədə “Flightradar” aeronaviqasiya xidmətinin və xarici mediaların məlumatlarında qeyd olunub.

Pakistan mənbələrinə görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazalara enib.

Təyyarələrin vacib hərbi sursat və texnologiyalar daşıdığı ehtimal olunur.

Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra müharibə həddinə çatıb.