Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında PKK-nın Suriya qanadı YPG-nin üç terrorçusunu məhv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, silahlılar “Barış pınarı” əməliyyatının keçirilməsi zonasına girməyə çalışıblar.

“Bizim qəhrəman komandomuz PKK/YPG terrorçularının “Barış pınarı” əməliyyatının keçirilməsi zonasına keçməsinin daha bir cəhdinin qarşısını aldı. PKK/YPG-nin sülh və əmin-amanlığı pozmaq məqsədi ilə hücum hazırlamış üç silahlısı zərərsizləşdirilib”, – nazirliyin xəbərində deyilir.

PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə qanlı cinayətlər həyata keçirib. Terror təşkilatının üzvləri tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.

İstinadlar Report