“BMT daxil olmaqla, bir sıra beynəlxalq təşkilat tərəfindən Azərbaycana aid olduğu qəbul edilən, Azərbaycanın erməni işğalı altındakı torpaqlarını azad etməsi, bayrağının hər qarış torpağında dalğalanması TÜRKPA ölkələri olaraq, əlbəttə, hamımızı sevindirib”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstanın Türküstan şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında çıxışına bu sözlərlə başlayıb.

“Dünən – 27 sentyabr işğal altındakı Qarabağı azadlığına qovuşduran şanlı Vətən Müharibəsinin ildönümü idi. Anım Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, şəhidlərimizi rəhmət və hörmətlə anıram. Qarabağ Azərbaycandır. Biz Türkiyə olaraq həmişə Azərbaycanın yanındayıq. İşğalın sona çatması ilə bölgəyə sabitlik gətirmək üçün hər cür dəstəyi veririk, gələcəkdə də dəstək verməyə davam edəcəyik”, – deyə TBMM sədri vurğulayıb.

İstinadlar Qafqazinfo