“Rusiya ilə Türkiyə hərbi nümayəndə heyətləri Ukrayna limanlarından taxıl ixracı və gəmilərin təhlükəsiz yola salınmasına dair məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib”.

Məlumatı “Anadolu” yayıb.

Bildirilib ki, nümayəndə heyətləri arasında Moskvada keçirilən danışıqlar nəticəsində əldə edilən razılığa əsasən, taxılla yüklü gəmilər Ukraynadan yola salınacaq. Məlumata görə, Ankara görüşündən sonra müsbət irəliləyiş əldə edilib.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçirilən danışıqlarda taxıl yüklü gəmilərin Ukraynadan yola salınması ilə bağlı razılıq əldə olunub. Nazirliyinin bəyanatına əsasən, Rusiya və Türkiyə nümayəndə heyətləri Ukrayna limanlarından gəmilərin təhlükəsiz yola salınması və taxıl ixracı ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

İstinadlar Report