“İsveçin Baş nazirinə nə etmək lazım olduğunu izah etdik. Onlara dedik ki, ölkənin NATO-ya daxil olması üçün terrorçuları bizə təhvil verməlidirlər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, ölkəsi Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə ayrı-ayrılıqda baxa bilər.

Prezidentin sözlərinə görə, Türkiyə İsveç tərəfinə terrorçuların 120 nəfərlik siyahısı verib:

“Biz 120 nəfərlik siyahı verdik. Bildirdik ki, əgər bunları ekstradisiya etməsəniz, o zaman bizdən inciməyin”.

İstinadlar Qafqazinfo