Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı danışıqlar prosesi Türkiyənin hər iki ölkədən bütün gözləntilərinin yerinə yetiriləcəyi təqdirdə başlayacaq.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyiş yalnız Türkiyənin milli təhlükəsizlik problemlərinin həlli üçün konkret addımların atılması ilə mümkün olacaq”, – Kalın İsveç, Finlandiya, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə görüşündə deyib.

Eyni zamanda o vurğulayıb ki, əgər ölkələr Türkiyənin şərtlərini yerinə yetirməkdən imtina etsələr, o zaman İsveç və Finlandiyanın müraciətləri üzrə danışıqlarda irəliləyiş mümkün olmayacaq.