Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi iki ədəd “T129 Atak” hücum helikopterini ölkəyə təhvil verib.

Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi altı helikopterdən ibarət partiyanın ikinci və üçüncüsüdür. Daha iki helikopter dekabrda sınaqları başa çatdıqdan sonra ölkəyə təhvil veriləcək.

Ümumilikdə TÜSAŞ müxtəlif hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş 75 ədəd “T129 Atak” helikopterini Filippinə çatdırıb.

“T129” hücum helikopteri “Agusta A129 Mangusta” platforması əsasında Avropanın “AgustaWestland” konserni ilə birgə hazırlanıb.

İstinadlar Report