ABŞ Dövlət Departamenti Ankaranın F-16 qırıcılarının tədarükü ilə bağlı müraciəti əsasında ABŞ-Türkiyə danışıqlarının aparıldığını təsdiqləyib.

Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.

“F-16 qırıcılarının texniki xidmətləri üçün Türkiyənin tələbi ilə görüşlər davam edir. Türkiyə nümayəndə heyəti bununla bağlı müzakirələr aparmaq üçün ABŞ-a gəlib. Biz Konqresə rəsmi məlumat verilməyənə qədər iddia edilən hərbi transferləri açıq şəkildə şərh etmirik və ya təsdiq etmirik” , – deyə Prays vurğulayıb.

İstinadlar Report