Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Xatırladaq ki, daha öncə türkiyəli teleaparıcı Sena Alkan öz “X” hesabında görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını bildirmişdi.