Türkiyə Ərdoğanın çıxışının qadağan edilməsinə görə Almaniyadan izahat tələb edir.
Azərbaycan 24 xəbər verir ki, bu barədə Ərdoğanın sözçüsü məlumat verib.
İbrahim Kalın bildirib ki, qadağanın səbəbi Ankaraya çox maraqlıdır və Berlindən açıqlama gözləyirik.
Xatırladaq ki, Almaniya Ərdoğanın Kölndəki mitinqə telekörpü ilə qoşularaq çıxış etməsinə qadağa qoyub.