“Ya Yunanıstan geriyə addım atıb razılaşmaların şərtlərini yerinə yetirəcək, ya da lazım olanı edəcəyik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Yunanıstanın təxribatçı addımları bitməyəcəyi halda Türkiyə Egey dənizindəki adaların suverenliyi məsələsini qaldırmağa hazırdır.

Qeyd Türkiyə mətbuatı Yunanıstanın bir müddət əvvəl Egey dənizindəki adalarda hərbi təlimlər keçirdiyini yazıb. Rəsmi Ankara hesab edir ki, Yunanıstan tərəfinin o adalara hərbi personal və silahlar göndərməsi beynəlxalq hüququn pozulmasıdır.

Xatırladaq ki, Türkiyə və Yunanıstan bir sıra məsələlər, o cümlədən Egey dənizindəki adaların statusu ilə bağlı mübahisə edir.

İstinadlar Report