Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində başladıqları “Sülh Pınarı Hərəkatı” zamanı terrorçulara yaxın qüvvələr sosial şəbəkələrdə təxribata əl atıblar.

Xocalı soyqırımına aid fotonu paylaşan terrorçu qüvvələr həmin hadisənin Türkiyənin “Zeytun budağı” və “Fərat qalxanı” hərəkatları zamanı Suriyada törədildiyini iddia ediblər. Terrorçuların tərəfdarları bununla da özlərinə dəstəkçi toplamağa çalışıblar.

Ancaq Türkiyə KİV-i sözügedən fotonun 1992-ci ildə Ermənistanın Xocalıda törətdikləri soyqırıma aid olduğunu bildirərək terrorçuların yalanını ifşa edib.

 

İstinadlar Qafqazinfo