
Türkiyənin paytaxtı Ankara şəhərində terror aktını törədənlərdən biri PKK üzvüdür.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İstintaq zamanı terrorçulardan birinin şəxsiyyəti müəyyən edilib. O, separatçı terror qruplaşması PKK-nın üzvü olub. İkinci terrorçunun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir”, – deyə nazirlikdən bildirilib.