
İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, – paylaşımda deyilir.