
İstanbulda baş verən zəlzələdən sonra çağrı mərkəzinə 6 mindən çox müraciət daxil olub.
Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Çağrı mərkəzimiz 6 100 müraciət qəbul edib. Bu zənglərin əksəriyyəti məlumat almaq məqsədi ilə edilib”, – nazir bildirib.
Çərşənbə günü saat 12:49-da İstanbul sahillərində Mərmərə dənizi bölgəsində 6,2 maqnitudalı zəlzələ baş verib, ardınca afterşoklar olub.