Suriyada Türkiyənin dəstəklədiyi müxalifət və Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələr arasında şiddətli döyüşlər davam edir.

Müxalif qüvvələr İdlib bölgəsinin Serakib şəhərini hökumət qüvvələrindən geri alıblar.

Nəticədə strateji Homs-Hələb və Dəməşq-Hələb yolları müxaliflərin nəzarətinə keçib.

Bundan başqa, Rusiyanın ağır bombardımanı altında Neyrab kəndini yenidən ələ keçirmək üçün rejim qüvvələri istəklərinə çata bilməyib. Ötən gün axşam Neyrabı nəzarətə alan müxaliflər rejim qüvvələrinin 50 üzvünü zərərsizləşdirib.

Xatırladaq ki, fevralın 6-da Əsəd ordusu Rusiya və İrana bağlı qüvvələrin dəstəyi ilə Serakib şəhərini ələ keçirmişdi.

İstinadlar Report