Bir ayağının amputasiyasına səbəb olan xərçəngə qarşı sosial şəbəkələrdəki mübarizəsi ilə tanınan 21 yaşlı türkiyəli Neslican Tay dünyasını dəyişib.

Gənc qız xəstəxanada vəfat edib. Neslicanın ölümü İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla, türkiyəli məşhurları kədərə boğub. Neslicanın fotolarını paylaşan tanınmışlar ailəsinə başsağlığı veriblər.

Qeyd edək ki, 1998-ci ildə Bursada anadan olan Neslican 2018-ci ildə xərçəngə tutulub. Ayağının birini itirən Nelsican özünə “Dəmir qadın” ləqəbi seçmişdi. O, “Ayağım yoxdur, ancaq yaşamaq eşqim var”, “mən bir ayaqdan ibarət deyiləm, daha çoxam” sözləri ilə məşhur idi.




İstinadlar Qafqazinfo