Bu günlərdə Türkiyə mənbələri xəbər yaydı ki, bu ölkənin 100-ə qədər hərbçisi Azərbaycan ordusunun silahlanmasında yer alan S-300 PMU “Favorit” zenit-raket sistemlərini araşdırmaq üçün Bakıya göndəriləcək. Məqsəd Türkiyənin Rusiyadan alacağı S-400 zenit-raket komplekslərinin idarə edilməsinə hazırlıqdır. Bildirilirdi ki, Türkiyə hərbçiləri bir aya yaxın Azərbaycanda S-300 sistemlərinin idarə edilməsini öyrəndikdən sonra Rusiyaya yollanacaq və orada S-400 sistemləri ilə bağlı təlim keçəcək.

Bəs Türkiyə nədən öz hərbçilərini əvvəlcə Azərbaycana, S-300 PMU “Favorit” sistemlərini araşdırmağa göndərir? Virtualaz.org xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin keçmiş komandanı, general Sergey Xatılev “Sputnik”ə açıqlamasında bunun düzgün yanaşma olduğunu deyib.

Onun sözlərinə görə, S-300 komplekslərinin PT, PM və digər versiyaları bir neçə ölkədə tətbiq olunur. S-300 PMU “Favorit” isə taktiki və texniki göstəricilərinə görə, habelə istifadə etdiyi raketlərə görə digərlərindən fərqlidir, daha mükəmməldir və S-400 komplekslərinə yaxındır. Lakin Xatılev deyib ki, S-400 daha mükəmməl sistemdir və Türkiyə S-300 və S-400 sistemləri arasında fərqi müqayisə edə biləcək.

Oxumağa dəyər:   Gömrük Komitəsindən şirkət direktorunun ittihamlarına - Cavab

“Türkiyə texnologiya, analiz və silahların tətbiqinə hazırlıqla bağlı təməl məlumatları mənimsəmək istəyir. Bu da doğru yanaşmadır. Türkiyənin vəzifəsi əvvəlcə S-300 sistemlərini anlamaq və incələmək, daha sonra S-400 komplekslərini mənimsəməkdir. Növbəti mərhələdə türkiyəli mütəxəssislər həmin komplekslərin idarə edilməsi üçün Rusiya mütəxəssisləri tərəfindən hazırlanacaq”-o bildirib.

Hatılev Türkiyənin S-300 komplekslərini araşdırmaq üçün Azərbaycana heyət göndərməsinin daha bir səbəbini göstərib. Deyib ki, S-300 PMU “Favorit” kompleksləri 250 km mənzilli raketlər istifadə edə bilir. Həmin raketlər S-400 komplekslərində də tətbiq olunur. Eyni zamanda S-400 komplekslərinin bəzi raketlərini S-300 PMU “Favorit” komplekslərində də tətbiq etmək mümkündür.

“Ümumiyyətlə onların məqsədi əvvəlki nəsil sistemlərin, yəni S-300 sistemlərinin zəif və güclü tərəflərini aydınlaşdırmaqdır”-Xatılev deyib.

İstinadlar virtualaz