
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa ölkələrinin administrasiyalarını Quranın yandırılması ilə bağlı hərəkətlərə cavab verməyə çağırıb.
Nazirliyin yaydığı bəyanatda Danimarkada Quranın yandırılması pislənilir.
“İsveçin ardınca bu gün Kopenhagendə islamofob tərəfindən Qurana qarşı bu hərəkəti ən kəskin şəkildə qınayırıq”, – bəyanatda deyilir.
Bildirilir ki, İsveç və Niderlanddan sonra Danimarkada baş verən bu mənfur əməl Avropada dini dözümsüzlük və nifrətin nə dərəcədə təhlükəli həddə çatdığını göstərir.