
Avropa İttifaqının bir neçə Aİ ölkəsi Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) sifariş edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Qərb ölkələri indi bizim pilotsuz uçuş aparatlarımız üçün bir-birinin ardınca sifarişlər verirlər”, – dövlət başçısı vurğulayıb.
Ərdoğan konkret dövlətlərin adını çəkməsə də, qeyd edib ki, söhbət Avropa İttifaqı ölkələrindən gedir.