Türkiyə 2053-cü ilə qədər atmosferə zərərli maddələrin emissiyasını sıfıra endirməyi planlaşdırır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) zamanı bildirib.

“Biz 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olmağı planlaşdırırıq. İlin sonuna qədər atmosferə karbon qazı emissiyalarını 66,6 milyon ton azaltmağı və 2030-cu ilə qədər emissiyaları iki dəfə azaltmağı planlaşdırırıq”, – Ərdoğan Türkiyənin Paris iqlim sazişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi planları barədə danışarkən söyləyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə bərpa olunan enerjinin payı 55% təşkil edir və bu göstəriciyə görə ölkə Avropada 5-ci, dünyada isə 12-ci yerdədir.

İstinadlar Report