Türkiyə “Altay” tankının kütləvi istehsalına başlayıb.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin rəhbəri Haluk Görgün məlumat verib.

Onun sözlərinə görə, “Altay” artıq bu tankdan istifadə etmək istəyən ölkələr də var:

“Tank müasir döyüş tələblərinə cavab verən, döyüş effektivliyini, sağqalma qabiliyyətini artırmaq üçün zəruri olan bir neçə yeni sistemlə təchiz olunub”.

Qeyd edək ki, sözügedən tankın min ədəd istehsalı nəzərdə tutulub. Gələcəkdə isə “Altay”ın pilotsuz versiyalarının buraxılması da planlaşdırılır.