
Türkiyənin “Turkish Cargo” şirkətinə məxsus yük təyyarəsi Qırğızıstanın Bişkek hava limanında məcburi eniş edib.
Bu barədə TASS-a “Qırğızıstan Hava Limanları” ASC-nin mətbuat xidməti məlumat verib.
“Təyyarə Çinin Şençjen şəhərindən İstanbula uçurdu. Bişkekdə yanacaq doldurulması planlaşdırılırdı, lakin enişdən əvvəl hidravlik sistem sıradan çıxıb”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.