“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına – Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

İstinadlar Qafqazinfo