İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər” inspeksiya nəzarəti keçib və ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartları üzrə Türkiyə Akkreditasiya Agentliyi (TürkAK) tərəfindən akkreditasiya olunub.

Məlumata görə, AZSTAND İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı akkreditasiya istiqamətində rəqabətə davamlı fəaliyyətini təkmilləşdirmək və akkreditasiya sahəsini genişləndirmək məqsədilə TürkAK-a müraciət edib və 18-19 sentyabr 2023-cü il tarixlərində keçirilmiş auditin sonunda uğurlu nəticələr əldə edib.

İstinadlar Report