Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin VI iclası keçirilir.

Tədbirdə Kokand şəhərinin Türk Şurasının ilk turizm paytaxtı elan edilməsi haqqında qərar qəbul edilib.

Bu təşəbbüsü Özbəkistanın idman və turizm naziri Əziz Əbduhakimov irəli sürüb və tədbir iştirakçılarından onu dəstəkləməyi xahiş edib.

Təklif tədbirin bütün iştirakçıları tərəfindən dəstəklənib.

Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biri olan Kokand həm də Özbəkistanın Fərqanə vilayətinin ən böyük şəhərlərindəndir.

İstinadlar Report