Türk Dövlətlərinin Parlament Assambleyasının binasında bayraqlar yarıya endirilib.
Bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, bu, Türkiyə ilə həmrəylik əlamətidir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.