Türk Hava Yolları (THY) zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün Adana, Elazığ və Diyarbəkirə uçuş əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb.

THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabında Hatay aeroportunun bütün uçuşlara bağlı olduğunu, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edildiyini bildirib.

İstinadlar Report