“Türk Hava Yolları” xilasetmə qruplarını Kahramanmaraş vilayətinin cənub-şərqindəki fəlakət bölgəsinə operativ şəkildə çatdırmaq üçün əlavə uçuşlara başlayır.

Bu barədə şirkətin sözçüsü Yəhya Üstün məlumat verib.

Onun sözlərinə görə, aviaşirkət hadisə yerinə gedən vətəndaşlar üçün biletin pulsuz qaytarılması və ya dəyişdirilməsi imkanını tətbiq edəcək.

İstinadlar Report