Türkiyə ordusunun hərbçisi İraqın şimalında terrorçuların açdığı atəş nəticəsində həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Hadisə “Pence-Şimşek” əməliyyatı zonasında, Hakurk bölgəsində qeydə alınıb. Nazirlik şəhidin ailəsinə başsağlığı verib.

İstinadlar Report