Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin (TBB) və Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü baş tutub, niyyət bəyannaməsi imzalanıb.

Vəkillər Kollegiyasından verilən məlumata görə, toplantıda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.

Mərasimdə Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov TBB-nin prezidenti Erinç Sağkanı “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Erinç Sağkana Naxçıvan MR ilə bağlı xatirə hədiyyəsini təqdim edib.

İstinadlar Report