Türk Dövlətlərinin Parlament Assambleyasının XII plenar iclası 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçiriləcək.

Bu gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində TürkPA-nın XI plenar iclası keçirilib.

İclasda təşkilatın adı dəyişdirilərək Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılması qərara alınıb.

Görüşdə beynəlxalq təşkilatların nümayəndələri və TürkPA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri də iştirak ediblər.

Həmçinin iclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib.

Yekun olaraq TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

11:05

Qırğız Respublikasını Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının toplantısı və XI plenar iclası keçirilir.

TürkPA-nın XI plenar iclasının işində TürkPA-ya üzv ölkələrin – Türkiyə, Qazaxıstan, Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan və Macarıstanın parlament nümayəndə heyətləri iştirak edir.

Tədbir çərçivəsində TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

İclasda parlamentlərarası əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi məsələlərinin müzakirəsi, TürkPA-nın 2023-2028-ci illər üçün strateji yol xəritəsinin təsdiq edilməsi, sosial sahibkarlığın dəstəklənməsi və inkişafına yönəlmiş nümunəvi qanun layihəsinə baxılması planlaşdırılır. Gündəliyə ümumilikdə 18 məsələ daxil edilib.

İstinadlar Report