Heç kəsə sirr deyil ki, təbiət möcüzələri və tarixi məkanlar tədricən kütləvi turizm nəticəsində məhv olur. Ancaq bu gün əksər ölkələr elə turizmdən gələn gəlirlər hesabına “yaşayır”.

Venesiya (İtaliya) – Turizm sənayesi bütün şəhəri zəbt edib. Son 30 ildə Venesiya öz daimi əhalisinin yarısını itirib. 

Maçu-Pikçu (Peru) – XX əsrin əvvəllərindən hinduların mistik şəhəri hər il daha çox turistin diqqətini cəlb edir. Axının qarşısını almaq mümkün olmadığından, görünür, şəhər təkcə suvenirlərdə yaşayacaq. 

Caysalmer (Hindistan) – Turistlərin əksəriyyəti bu tarixi limanda ən azı 2 ay vaxt keçirməyə üstünlük verirlər. Ancaq kiçik şəhərin infrastrukturu bunu qarşılamağa qadir deyil. 

Kosumel (Meksika) – Vaxtilə insan ayağı dəyməyən bu yerlər indi turist axını nəticəsində zibilliyə çevrilmək təhlükəsi ilə qarşı-qarşıyadır. 

Çinkve-Terre (İtaliya) – Bu balıqçı kəndində get-gedə xırda qayıqları iri gəmilər əvəz etdiyindən sakinlər öz ənənəvi peşələrini ataraq buradan uzaqlaşırlar. 

Yanşo (Çin) – Bu gizli şəhəri ildə bir neçə milyon turist ziyarət edir ki, infrastruktur bu axına tab gətirmir. 

Teotiuakan (Meksika) – Meksikanın sonuncu qoruq elan edilmiş şəhəri turist axını ilə üzləşməkdə dvaam edir. 2004-cü ildə Walmart hipermarketinin burada şöbə açması qədim kəndə vurulan sonuncu zərbə oldu. 

Qrot-Moqao (Çin) – Turizm sənayesindən razı qalmayan daha bir Çin şəhəri. Gec də olsa, infrastrukturu qorumaq üçün turistlərin şəhərə girişi məhdudlaşdırılıb. 

Santorini (Yunanıstan) – Şəhər ziyarətçilərin sayını gündə 8 min turistə endirərək məhv edilməkdən xilas olmağa çalışır. 

Anqkor-Vat (Kamboca) – Qədim turizm məkanı haqında yerli hakimiyyət vaxtında fikirləşməsə, bir neçə ilə ondan əsər-əlamət qalmayacaq. 

İstinadlar "Qafqazinfo"