Avropa parlamentinin bir neçə gün əvvəl qəbul etdiyi qərəzli qətnamə postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir.

Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin martın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu addım vaxtilə özlərinə milyonlarla büdcə ayıran, münaqişənin dondurulmasına və həll edilməməsi üçün parazitliklə məşğul olan ATƏT-in bəzi qurumlarını xatırladır: “Biz Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin birliyi nəticəsində onların planlarını məhv edərək mat vəziyyətinə saldıq. Bundan sonra da bu kimi planlara qarşı formalaşmalı, beynəlxalq nüfuzumuzu daha da artırmalıyıq”.

Spiker Sahibə Qafarova da deputatın fikirlərinə dəstək olaraq bildirib ki, Azərbaycan hər zaman sülh və sabitlik istəyir.

İstinadlar Report