Tunis hakimiyyəti koronavirus infeksiyasının yayılması ilə mübarizəni gücləndirmək üçün komendant saatı tətbiq edib.

Bu barədə “Nessma” telekanalı məlumat yayıb.

Hökumətin qərarına əsasən, yanvarın 13-dən etibarən saat 22:00-dan 05:00-dək əhalinin küçəyə çıxması qadağan ediləcək. Bu saatlarda ölkədə istənilən fəaliyyət, ticarət və dövlət müəssisələrinin işi də dayandırılacaq.

Tunis hakimiyyəti, həmçinin kütləvi tədbirləri ləğv etmək və ya təxirə salmaq, sərhəddə sanitar-epidemioloji təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib. Bununla yanaşı, hökumət bütün vətəndaşları başqa ölkələrə səfərlərdən çəkinməyə və Səhiyyə Nazirliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərə əməl etməyə çağırıb.

İstinadlar Report