Tunis məhkəməsi 2016-cı ildə ordunun baş çavuşu Səid əl-Qazlaninin qətlində təqsirli bilinən 9 nəfəri edam cəzasına məhkum edib.

Bu barədə TAP agentliyi xəbər verib.

“Tunis Birinci İnstansiya Məhkəməsinin Terrorla Əlaqəli Cinayətlər üzrə Cinayət Palatası cümə günü Milli Ordunun baş çavuşu Səid əl-Qazlaninin qətli işi üzrə doqquz müttəhimə ölüm hökmü çıxarıb”, – xəbərdə bildirilir.

Bundan başqa, məhkəmə daha 15 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

İstinadlar Report