
Tunis Sahil Mühafizə Bölmələri həftə sonu Aralıq dənizini keçərək Avropaya getməyi planlaşdıran 2688 nəfəri xilas edib.
Bu barədə “Afrique Presse” xəbər agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanları qaçaqmalçılıq və insan alveri ilə məşğul olan 15 nəfəri həbs edib. Bundan əlavə, miqrantların qanunsuz daşınması üçün istifadə edilən 23 kater və 68 qayıq müsadirə edilib.
Tunis sahillərindən Avropa İttifaqına gedən yol bir neçə ildir ki, Aralıq dənizində qeyri-qanuni miqrantların hərəkəti üçün ən çox istifadə edilən marşrutlardan biridir.