Tunis sahillərində gəminin qəzaya uğraması səbəbindən 17 nəfər həyatını itirib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində olan miqrantlar Liviyadan İtaliyaya getmək üçün Aralıq dənizini keçməyə çalışıblar.

Həyatını itirənlərin hamısı Banqladeş vətəndaşlarıdır.

İstinadlar Report